Bizi sosial şəbəkələrdən izləyin:
"Atletik Bilbao" klubunun və İspaniya millisinin hücumçusu Niko Uilyams Gürcüstan və Türkiyə ilə oyunlardan əvvəl millinin heyətindən çıxarılıb.
Moderator.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, 23 yaşlı hücumçu tam formada olmadığı üçün İspaniya millisinin heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstanın, 18-də isə öz meydanında Türkiyə millisi ilə oynayacaq.