Didye Deşam Səudiyyə Ərəbistanı klublarının marağındadır
İdman
159
11 Nov 2025 | 23:57

Didye Deşam Səudiyyə Ərəbistanı klublarının marağındadır

Didye Deşam Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

Moderator.az-ın məlumatına görə, dünya çempionatından sonra vəzifəsindən ayrılacaq Fransa millisinin baş məşqçisini “Əl-İttihad” dəvət etmək istəyir. Klubda Kərim Benzema, N'Golo Kante və Mussa Diabi çıxış edirlər.

"Telefoot"a verdiyi müsahibədə Deşam Səudiyyə Ərəbistanının marağını təsdiqləyib: “Bəzi əlaqələrim olub. Ad çəkməyəcəyəm, amma vəziyyətimi bilirlər. Qərarımı verdikdən sonra – və bundan geri çəkilməyəcəyəm – planlaşdırılan müddətin sonunda azad olacağam və heç nəyi istisna etmirəm.”

Link kopyalandı!
Son xəbərlər