Futbol tarixinin ən bahalı transferləri açıqlandı - FOTO
İdman
177
11 Nov 2025 | 23:40

Futbol tarixinin ən bahalı transferləri açıqlandı - FOTO

Braziliyalı futbolçu Neymarın 2017-ci ildə "Barselona"dan PSJ-yə keçidi 342.8 milyon avro dəyərində olub.

Moderator.az xəbər verir ki, bu barədə "TransferRoom" məlumat yayıb.

Məlumata görə, bu transfer futbol tarixində inflyasiya nəzərə alınmaqla ən bahalı transfer hesab edilir.

Fransız futbolçu Kilian Mbappenin bir il sonra "Monako"dan PSJ-yə 263.3 milyon avroya baş tutan keçidi siyahıda ikinci yerdə qərarlaşıb.

Usman Dembelenin 2017-ci ildə "Borussiya Dortmund"dan "Barselona"ya 228.6 milyon avroya keçidi isə ilk üçlüyü tamamlayır.

İlk beşliyə, həmçinin, Filipp Koutinyonun "Liverpul"dan "Barselona"ya 197.5 milyon avroya, eləcə də Cek Qrilişin "Aston Villa"dan "Mançester Siti"yə 175.2 milyon avroya transferləri daxildir.

2025-ci ilin ən bahalı transferi isə hücumçu Aleksandr İsaka məxsusdur. O, "Nyukasl"dan "Liverpul"a 140 milyon avroya keçib. Bu transfer ümumi reytinqdə 12-ci yerdə qərarlaşıb.

Futbol tarixinin ən bahalı transferləri açıqlandı

Link kopyalandı!
Son xəbərlər