Lamin Yamal Türkiyə ilə oyun öncəsi İspaniya millisindən kənarlaşdırılıb
İdman
206
15:42, Bu gün

Lamin Yamal Türkiyə ilə oyun öncəsi İspaniya millisindən kənarlaşdırılıb

"Barselona"nın cinah oyunçusu Lamin Yamal İspaniya milli komandasından kənarlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası bəyanat yayıb.
 
Onun qasıq nahiyəsindəki narahatlığı müalicə etmək üçün xüsusi prosedurdan keçdiyi bildirib.
 
Həkimlər futbolçuya 7-10 günlük istirahət tövsiyə ediblər.
 
Mövcud vəziyyəti nəzərə alaraq İspaniya Futbol Federasiyası Yamalı milliyə çağırışdan azad etmək qərarına gəlib.
 
"Biz onun uğurla sağalacağına inanırıq, ona tez və tam sağalmasını arzulayırıq", - deyə İspaniya milli komandasının mətbuat xidməti vurğulayıb.
 
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstan, 18-də isə ev matçında Türkiyə seçməsi ilə oynayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər