Levandovski mövsümün sonunda karyerasını başa vura bilər
İdman
300
14:26, Bu gün

Levandovski mövsümün sonunda karyerasını başa vura bilər

"Barselona"nın hücumçusu Robert Levandovski müqaviləsinin sonuna qədər klubda oynamaq niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
 
Məlumata görə, oyunçu və ailəsi Barselonadakı həyata tam uyğunlaşıb və özlərini rahat hiss edirlər. Sərfəli təkliflərə baxmayaraq, Səudiyyə Ərəbistanı Liqasına keçmək ehtimalı futbolçunu cəlb etmir.
 
Levandovskinin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Polşalı hücumçu klubda ən azı mövsümün sonuna qədər qalmaq fikrindədir və lazım gələrsə, əvəzedici rolunu da qəbul etməyə hazırdır.
 
"Barselona" rəhbərliyi onun müqaviləsini uzatmamaq qərarına gələrsə, Levandovski karyerasını başa vura bilər. Lakin onun prioriteti "Barselona"da qalmaq və mümkünsə, karyerasını orada davam etdirməkdir.
 
Qeyd edək ki, bu mövsüm Levandovski "Barselona"da 12 oyunda meydana çıxıb və 7 qol vurub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər