Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. FIFA referisinə Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaq.
Qeyd edək ki, saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu noyabrın 13-də 8-ci km stadionunda ("Palm Sports Arena") keçiriləcək.