VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar
İdman
288
11:46, Bu gün

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
 
Moderator.az xəbər verir ki, üzgüçülərdən Səid Həmidov, Yeqor Maynitski, Abdurrahman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdürrəhmanlı, Anastasiya Boborıkina, həmçinin qız və oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaqlar.
 
Stolüstü tennis üzrə kişilərin fərdi yarışında Hilal Həsənovla Onur Quluzadə, qadınlarda isə Mərziyyə Nurmatova və Zemfira Mikayılova mübarizə aparacaqlar.
 
Ağırlıqqaldıran Rahilə Hüseynzadə (86 kq) final mərhələsində iştirak edəcək.
 
Eyni zamanda, Azərbaycan muaytayçıları yarışda çıxışlara start verəcəklər. Xəyal Əliyev (60-65 kq) və Səlahəddin Qocazadə (65-70 kq) qalib adı uğrunda yarışacaqlar.
 
Karateçilərdən isə Roman Heydərov, Turqut Həsənov və Fatimə Cəbrayılova öz bacarıqlarını nümayiş etdirəcəklər.
 
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 29 mükafat (dörd qızıl, doqquz gümüş, 16 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı yerdədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər