Boksçumuz İslamiadada qızıl medal qazanıb
İdman
286
10 Nov 2025 | 22:47

Boksçumuz İslamiadada qızıl medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.

Moderator.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.

İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər