Cüdo üzrə Azərbaycan millisi İslamiadanın çempionu olub
İdman
268
19:30, Bu gün

Cüdo üzrə Azərbaycan millisi İslamiadanın çempionu olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Moderator.az Apasport.az-a istinadən xəbər verir ki, cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.

Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.

Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər