İdman
1370
10 Nov 2025 | 17:36

"Real"ın əsas qapıçısı zədələnib

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua zədələnib.

Moderator.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

33 yaşlı qolkiperin sağ ayağındakı əzələsində problem aşkarlanıb.

Belçikalı oyunçunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Link kopyalandı!
Son xəbərlər