Messi
İdman
191
16:40, Bu gün

Messi "Kamp Nou"ya qayıtdı

ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi "Barselona"nın təmiri başa çatan məşhur "Kamp Nou" stadionunu ziyarət edib.

Moderator.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu sosial şəbəkədəki hesabında paylaşım edib.

"Bütün qəlbimlə darıxdığım bir yerə qayıtdım. Bura inanılmaz dərəcədə xoşbəxt olduğum, sizin məni yer üzünün ən xoşbəxt insanından min dəfə daha xoşbəxt hiss etdirdiyiniz bir yerdir. Ümid edirəm ki, bir gün yenə bura qayıdacam", - Messi bildirib.

Xatırladaq ki, argentinalı futbolçu 2005-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub. O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər