Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatına təyinat aldı
İdman
170
15:25, Bu gün

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatına təyinat aldı

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
 
Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
 
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
 
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər