Qurban Qurbanov:
İdman
231
21:28, Bu gün

Qurban Qurbanov: "Çox vacib bir qələbə qazandıq"

"Çox vacib bir qələbə qazandıq".

Moderator.az xəbər verir ki, bu barədə "Qarabag" -"Neftçi" oyunundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov deyib.

O bildirib ki, hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər:

"Düşünürəm ki, çempionatda belə oyunlar çox olsa, çempionatımız daha da maraqlı olar. "Neftçi"nin oyununda inkişaf var. Kollektiv bir birini tamamlayır. Bu gün də çox yaxşı oynadılar. Bu cür davam etsələr, qarşıda rəqiblərini heç də asan oyun gözləmir. Dörd gün əvvəl UEFA Çempionlar Liqasında oynamışdıq. Buna görə oyunçularımızda müəyyən qədər yorğunluq var idi. Bu səbəbdən də rotasiyalar etmişdik".

Baş məşqçi Şimali Kiprdən gələn jurnalistlərin "bu qələbə ruhunun səbəbi nədir?" sualına maraqlı cavab verib.

Qurbanov Qurbanov qeyd edib ki, "Qarabağ"in oyunlarının digər ölkələrdə də izlənməsinə sevinirik:

"Rəhbərlik də bildirib ki, burada ciddi və məsuliyyətli olmaq çox vacibdir. Komandaya gələn legionerlər də "Qarabağ"ın tarixi barədə məlumatlandırırlar. Bu komandada bizim qeyri-ciddi olmaq haqqımız yoxdur. Bizim birinci məqsədimiz "Qarabağ" adını bütün arenalarda layiqincə təmsil etməkdir".

Qurban Qurbanov milli komandanın qarşıdakı oyunları barədə də danışıb:

"Azərbaycan millisinə uğurlar arzu edirəm. İnanıram ki, komanda daha çox qalibiyyət qazanacaq. Bu qələbələri qazanacaq gücə qadirdirlər".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər