İdman
283
18:23, Bu gün

"Barselona" oyundankənar vəziyyət yaratmaq üzrə reytinqdə birinci olub

İspaniyanın "Barselona" klubu oyundankənar vəziyyətin yaradılması üzrə ən bacarıqlı komandadır.

Moderator.az xəbər verir ki, bunu "Opta" portalının dərc etdiyi statistik məlumatlar təsdiq edir.

Portalın məlumatına görə, ötən mövsüm Hans-Diter Flikin yetirmələri Avropanın TOP-5 liqalarında müvafiq göstəricidə birinci yeri tutublar.

Kataloniya təmsilçisi rəqib futbolçularını hər oyunda 4.76 dəfə ofsayda salıblar. Cari mövsümdə bu göstərici 4.91-ə çatıb.

İngiltərənin "Aston Villa" klubu 2023/2024 mövsümündə 4.39 göstəricisi ilə TOP-5 liqalarında birinci pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər