İdman
144
09:04, Bu gün

"Barselona" "Kamp Nou" stadionuna qayıtdı

"Barselona" iki illik genişmiqyaslı təmirdən sonra Kamp Nouda azarkeşlər qarşısında ilk məşqini keçirib.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, katalon klubunun öz meydanına qayıtması münasibətilə xüsusi tədbir baş tutub.
 
Məşqi izləmək üçün azarkeşlərə biletlər satılıb və əldə edilən gəlirlərin "Barsa Fondu" vasitəsilə xeyriyyə layihələrinə bağışlanacağı bildirilib.
 
Qeyd edək ki, layihəyə əsasən 105.410 nəfər izləyici tutumuna malik olması planlaşdırılan arena dünyanın üçüncü ən böyük futbol stadionu olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər