01:58
13°C
Bakı
“Bavariya” mövsümdə ilk dəfə qələbə qazana bilməyib.
Moderator.az xəbər verir ki, klub Bundesliqanın 10-cu turunda “Union”la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Komanda məğlubiyyətdən hücumçu Harri Keynin 90+3-cü dəqiqədə vurduğu qol sayəsində xilas olub.
“Union”la oyuna qədər Münhen klubu bütün turnirlərdə keçirdiyi 16 matçın hamısında qalib gəlmişdi. Onlardan 9-u Almaniya çempionatında, 4-ü UEFA Çempionlar Liqasında, 2-si Almaniya kubokunda qazanılıb. Bir qələbə isə ölkə Superkubokunda əldə edilib.
Beləliklə, “Bavariya” 28 xalla Bundesliqada liderliyini qoruyur. “Union”un aktivində isə 12 xal var və komanda turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.