Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu baş tutub
İdman
283
08 Nov 2025 | 21:06

Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu baş tutub

Misli Premyer Liqasında XI turun daha bir oyunu baş tutub.

Moderator.az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz klubu 22 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. 20 xala malik Bakı təmsilçisi isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. XI tura noyabrın 9-da yekun vurulacaq.

Misli Premyer Liqasının XI turunda ikinci oyun gününün ilk matçı keçirilib.

Moderator.az xəbər verir ki, günün ilk oyun günündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"la qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Araz-Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada qolları "Karvan-Yevlax"ın heyətində Araz Abdullayev (17) , "Araz-Naxçıvan"ın heyətində isə Hamidu Keyta (65) və Felipe Santos (90+3) vurublar

Qeyd edək ki, turun növbəti oyununda "Zirə" və "Turan Tovuz" komandaları qarşılaşacaqlar.

Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun ikinci oyun günündə iki matç keçiriləcək.

Moderator.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.

Naxçıvan təmsilçisi 16 xalla altıncı, "Karvan-Yevlax" isə beş xalla on birinci pillədə qərarlaşıb.

Günün ikinci oyununda isə "Zirə" klubu "Turan Tovuz" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.

"Zirə" klubu 19 xalla dördüncü, "Turan Tovuz" komandası isə 21 xalla birinci yerdədir.

Misli Premyer Liqası

XI tur

8 noyabr

15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Əli Əliyev

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. "Zirə" - "Turan Tovuz"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İK stadionu

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər