23:06
13°C
Bakı
İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem" "Mançester Yunayted"i qəbul edib.
Moderator.az xəbər verir ki, matçda qalib müəyyənləşməyib.
"Mançester Yunayted"in hücumçusu Brayan Mbemo 32-ci dəqiqədə hesabı açıb. Matis Tel 84-cü dəqiqədə oyunda tarazlıq yaradıb. Rişarlison 90+1-ci dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub. Lakin Matteys de Liqt 90+6-cı dəqiqədə qonaqları məğlubiyyətdən xilas edib - 2:2.
Bu oyundan sonra "Tottenhem" turnir cədvəlində 18 xalla üçüncü, "qırmızı şeytanlar" isə eyni xalla yeddinci yerdədirlər.