Pep Qvardiola “Mançester Siti” – “Liverpul” qarşılaşması ilə “el klasiko” arasında aparılan müqayisələrdən danışıb.
Moderator.az xəbər verir ki, “Siti”nin baş məşqçisi bu barədə mətbuat konfransında danışıb:
“Barselona və “Real” oyununda kənar səs-küy buradakından min dəfə yüksəkdir. Stadiondakı atmosfer olduqca oxşardır – bu, sadəcə olaraq fantastikdir. Biz son on ildə “Siti”yə bu rəqabəti yaratmağa kömək etmişik. Bundan əvvəl məncə, əsas rəqabət “Yunayted” – “Liverpul” arasında idi.
Yurgen Kloppun dövründə baş verənlər onu ən böyük rəqabətə çevirdi, çünki bəlkə də artıq birinci mövsümdən sonra Premyer Liqa titulu uğrunda mübarizə bizimlə onlar arasında idi.
Mən həmişə bu sağlam rəqabətdən həzz almışam. Həmişə qarşılıqlı hörmət hiss etmişəm. Yurgen mənə çox şey verdi və mən onun üçün darıxıram. O, mənə onu sınamaq və məğlub etmək üçün nə qədər zəhmət lazım olduğunu öyrətdi”.