Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib
İdman
286
16:00, Bu gün

Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Moderator.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, o, yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı yuko xalı ilə məğlub edib.

Bu nəticə ilə cüdoçu ən azı gümüş medalı təmin edib. K.Əliyevanın finaldakı rəqibi Tuğçe Beder (Türkiyə) olacaq.

Qeyd edək ki, bu cüdoçular V İslamiadanın finalında da qarşılaşmışdılar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər