Leo Messinin
İdman
617
15:47, Bu gün

Leo Messinin "Qalatasaray"a transfer məsələsinə aydınlıq gətirildi

Məşhur insayder Fabritsio Romano son günlər Türkiyə mətbuatında geniş yayılan Lionel Messinin "Qalatasaray"a transfer məsələsinə aydınlıq gətirib.

Moderator.az xəbər verir ki, insayder bu barədə "YouTube" kanalında açıqlama verib.

O bildirib ki, son günlər Türkiyədən yayılan xəbərlərə görə ona çoxlu sual ünvanlanıb:

"İddialara görə, "Qalatasaray" klubu Lionel Messini qısa müddətə icarəyə götürmək istəyir. Bu, sadəcə mediada dolaşan bir hekayədir - ciddi bir xəbər və ya real danışıqlar mövzusu deyil. Messi tamamilə "İnter Mayami" klubuna fokuslanıb. O, başqa kluba keçməyi və ya hər hansı yeni addım atmağı düşünmür. Hazırda Messi heç bir klubla danışıqlar aparmır, o cümlədən "Qalatasaray"la da heç bir müzakirə içində deyil".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər