İdman
459
14:00, Bu gün

"Finalissima"nın vaxtı dəyişdirildi - Hər şey "İspaniya"dan asılıdır

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) "Finalissima"nın - Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirin keçirilmə vaxtını dəyişdirib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ilkin olaraq 2026-cı il martın 28-də keçirilməsi planlaşdırılan oyunun vaxtı martın 27-nə dəyişdirilib.

Bildirilib ki, bu qərar tədbirin nüfuzunu artırmaq, matçın ətrafındakı hər şeyin - komandaların gəlişindən mətbuat konfranslarına qədər böyük final atmosferi daşımasını təmin etmək məqsədi daşıyır.

Lakin qeyd olunub ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər ispanlar birbaşa vəsiqə qazana bilməyib, mart ayında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, "Finalissima" baş tutmayacaq.

Qeyd edək ki, matçın Qətərdəki "Lusail" stadionunda keçirilməsi planlaşdırılır. Oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan 2026-cı ilə təxirə salınmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər