Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində, Əl-Cənadriyah mərkəzində VI İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki , Bakı vaxtı ilə saat 21:00-da start götürən tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Həmin ölkələr arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycanın da adı yer alıb.
Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı baş tutub. Azərbaycan nümayəndə heyəti paradın birincisi olaraq səhnədən keçib. Üçrəngli bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.
Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və VI İslam Həmrəyliyi Oyunları rəsmi olaraq açıq elan edilib.
Qeyd edək ki, Azərbaycanı yarışlarda 20 idman növü üzrə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkədən idmançılar 23 növdə medallar uğrunda mübarizə aparacaqlar.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
21:05
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Moderator.az xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.