01:46
14°C
Bakı
FIFA yeni mükafatını təsis edib.
Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantinonun açıqlamasında deyilir.
İnfantinonun sözlərinə görə, o FIFA Sülh mükafatı adlanır və insanların birləşməsində göstərilən xüsusi xidmətlərə görə veriləcək.
Mükafatın ilk laureatının adı dekabrın 5-də futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi zamanı açıqlanacaq.
Qeyd edək ki, 2026-cı ildə mundial ABŞ, Meksika və Kanada stadionlarında keçiriləcək.