02:35
14°C
Bakı
"Ayaks" Con Heytinqanı klubun baş məşqçisi vəzifəsindən azad edib.
Moderator.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
"Ayaks" UEFA Çempionlar Liqasında evdə "Qalatasaray"a 0:3 ilə məğlub olduqdan sonra klub rəhbərliyi Heytinqanı istefaya göndərmək qərarına gəlib.
Onunla müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu. Fred Qrim yeni baş məşqçi təyin edilənədək Heytinqanı əvəzləyəcək.
Xatırladaq ki, Heytinqa ötən mövsüm başa çatdıqdan sonra "Ayaks"ın sükanı arxasına keçmişdi.