23:53
14°C
Bakı
"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib.
Moderator.az xəbər verir ki, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.
Foden "Mançester Siti"nin ÇL-nin ümumi mərhələsinin 4-cü turu çərçivəsində evdə "Borussiya Dortmund"u 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubla imza atıb.
İngilis futbolçu səsvermədə Mikel Merino ("Arsenal"), Karluş Borjes ("Brügge") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.