UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
İdman
421
06 Nov 2025 | 20:10

UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib.

Moderator.az xəbər verir ki, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

Foden "Mançester Siti"nin ÇL-nin ümumi mərhələsinin 4-cü turu çərçivəsində evdə "Borussiya Dortmund"u 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubla imza atıb.

İngilis futbolçu səsvermədə Mikel Merino ("Arsenal"), Karluş Borjes ("Brügge") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər