Mayami şəhərinin açarı Messiyə verildi
İdman
254
18:28, Bu gün

Mayami şəhərinin açarı Messiyə verildi

Mayaminin meri Frensis Suares "İnter Mayami"nin və şəhərin inkişafına verdiyi töhfələrə görə Lionel Messini simvolik açarla təltif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 
"Bu açarı sizə təqdim etmək istəyirəm. Şəhərimiz, ölkəmiz və ümumilikdə futbol üçün etdiklərinizə görə", - deyə mer Frensis Suares qeyd edib.
 
Messi Mayamidə xoşbəxt olduğunu, ona görə də karyerasını burada davam etdirməkdən məmnun olduğunu vurğulayıb:
 
"Bayaq dediyim kimi, ailəmlə birlikdə bu şəhərdə yaşadığımız üçün özümüzü çox xoşbəxt hiss edirik və bu fərqliliyə sahib olmaq mənim üçün böyük şərəfdir, ona görə də təşəkkür edirəm".
 
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin iyul ayından "İnter Mayami" klubunda çıxış edir. O bu müddətdə 84 oyun keçirib, 74 qol vurub və 37 məhsuldar ötürmə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər