Azərbaycanın voleybol millisi İslamiadada növbəti qələbəsini qazanıb
İdman
208
16:25, Bu gün

Azərbaycanın voleybol millisi İslamiadada növbəti qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
 
Moderator.az xəbər verir ki, millimiz bu dəfə Tacikistanla üz-üzə gəlib.
 
Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub - 3:0 (25:5, 25:11, 25:9).
 
Komandamız daha əvvəl İran kollektivini də eyni hesabla üstələyib - 3:0 (25:11, 25:16, 26:24).
 
Qeyd edək ki, Azərbaycanın voleybol millisi növbəti görüşünü noyabrın 9-da Türkiyə millisinə qarşı keçirəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər