“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...
İdman
395
16:15, Bu gün

“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mərhələ adlayacağı təqdirdə qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk "24-lüy"ə düşərsə, Almaniyanın "Borussiya Dortmund" və İspaniyanın "Atletiko Madrid" komandaları ilə düşmək ehtimalı daha çoxdur - 6,7%.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin mümkün rəqibləri arasında İspaniya nəhəngi "Barselona" (4,8%), eləcə də Türkiyə çempionu "Qalatasaray" (6,3%) da var.
 
Qeyd edək ki, bu ehtimal hazırkı turnir cədvəlinə əsasən hazırlanıb.
 
"Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibləri:
 
1. "Borussiya Dortmund" (Almaniya) - 6,7%
 
2. "Atletiko Madrid" (İspaniya) - 6,7%
 
3. "Qalatasaray" (Türkiyə) - 6,3%
 
4. "Sportinq" (Portuqaliya) - 6,3%
 
5. "Tottenhem" (İngiltərə) - 6%
 
6. "Atalanta" (İtaliya) - 5,9%
 
7. "Çelsi" (İngiltərə) - 5,9%
 
8. "Nyukasl Yunayted" (İngiltərə) - 5,5%
 
9. "Barselona" (İspaniya) - 4,8%
 
10. "Bayer Leverkuzen" (Almaniya) - 4,7%
 
11. "Yuventus" (İtaliya) - 4,5%
 
12. "Monako" (Fransa) - 4,2%
 
13. "Napoli" (İtaliya) - 4,2%.
 
Qeyd edək ki, Ağdam klubun hazırda 7 xalla 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası növbəti matçını "Napoli"yə qarşı səfərdə keçirəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər