Kadi Borgeslə bağlı BƏD XƏBƏR: Yaşıl meydanlara gələn il qayıdacaq
İdman
481
15:24, Bu gün

Kadi Borgeslə bağlı BƏD XƏBƏR: Yaşıl meydanlara gələn il qayıdacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə matçın 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisindən məlumat verilib.
 
Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
 
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
 
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər