AFFA bu klubları cərimələdi
İdman
291
11:58, Bu gün

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunun oyunlarında baş verənlərlə bağlı qərar qəbul edib.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" evdə "Kəpəz"i 5:1 hesabı ilə məğlub etdiyi oyunun 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olduğuna görə 2500 manat cərimələnib.
 
Eyni matçda Gəncə təmsilçisi 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat xərcə düşüb.
 
"Turan Tovuz" evdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələdiyi görüşdə 4 futbolçusunun sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
 
Eyni cəza "Araz-Naxçıvan"ı 3:2 hesabı ilə məğlub etdiyi oyunda 4 futbolçusu sarı vərəqə alan "Sumqayıt" komandasına da şamil edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər