23:42
15°C
Bakı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununun şərhində türkiyəli məşhur şərhçi Ertem Şener də iştirak edəcək.
Moderator.az xəbər verir ki, "CBC Sport" telekanalında yayımlanacaq oyunda şərhçi Pərviz Musayevlə yanaşı Ertem Şener də oyunu şərh edəcək.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də start götürəcək.