Çempionlar Liqası:
İdman
785
22:57, Bu gün

Çempionlar Liqası: "Qarabağ" - "Çelsi" oyununda hesab bərabərləşib- CANLI - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.

Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.

Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissı başlayıb.

Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.

39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında hesab bərabərləşib.

Moderator.az xəbər verir ki, 29-cu dəqiqədə Leandro Andrade "Qarabağ"ın ilk qolunu vurub.

22:05

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında ilk qol vurulub.

Moderator.az xəbər verir ki, 16-cı dəqiqədə qonaq komanda hesabı açıb.

Qolu 16-cı dəqiqədə Estevao vurub.

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması start götürüb.

Moderator.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.

20:40

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.

Moderator.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər