İdman
1376
05 Nov 2025 | 17:28

"Roma" əfsanəsinin karyerasında yeni klub

"Cenoa" klubunun rəhbərliyi baş məşqçi postuna Daniele De Rossini gətirməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, "Roma" klubunun 42 yaşlı canlı əfsanəsi bu gün Milan şəhərində "Cenoa" klubunun rəhbərliyi ilə görüşərək razılaşmanın son detallarını müzakirə edəcək.

Qeyd edək ki, De Rossinin baş məşqçi kimi son iş yeri "Roma" klubu olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər