İdman
357
16:17, Bu gün

"Liverpul" "Real Madrid"in tarixinə düşdü

"Liverpul" komandası avrokuboklarda "Real Madrid"ə qarşı ən çox qalibiyyət qazanan komanda kimi tarixə düşüb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, "Liverpul" "Real Madrid" üzərində beş dəfə qələbə qazanmaqla bu nailiyyətə yiyələnib.

Həmçinin ingilislər bu qələbə seriyasında qapılarını toxunulmaz saxlaya biliblər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutan qarşılaşmada "qırmızılar" öz meydanlarında "Real Madrid" üzərində 1:0 hesabı ilə qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister vurub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər