Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" və "Sabah" klublarının U-19 komandaları UEFA Gənclər Liqası turnirində bu gün növbəti oyunlarını keçirəcəklər.
Moderator.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək. "Çelsi" klubunun U-19 komandası 9 xalla 5-ci, hər üç görüşdə uduzan "Qarabağ"ın gəncləri isə 35-cidirlər.
"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. "Əlincə" stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. "Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.