“Barselona”nın baş məşqçisi klubdan ayrılacaq
İdman
253
09:59, Bu gün

“Barselona”nın baş məşqçisi klubdan ayrılacaq

İspaniyanın “Barselona" klubunun baş məşqçisi Hansi Flik komandadan ayrılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə ABS məlumat yayıb.
 
Məlumata görə, almaniyalı mütəxəssis bu qərarı özü verib. O, sentyabrdan bəri bu məsələni nəzərdən keçirib və mövsümün sonunda ayrılmaq qərarına gəlib.
 
Flik yorğunluğunu əsas gətirərək qərarını məşqçilər heyətinə çatdırıb. O, həmçinin bəzi oyunçuların münasibətindən məyus olduğunu və rəhbərlik tərəfindən dəstəksiz qaldığını bildirib.
 
Qeyd edək ki, Hansi Flik 2024-cü ilin yayında "Barselona" ilə iki illik müqavilə bağlayıb. Bu ilin mayında isə onun sözləşməsi 2027-ci ilin yayına qədər uzadılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər