07:22
13°C
Bakı
İspaniya La Liqasının 11-ci turunda "Barselona" "Elçe"ni qəbul edib.
Moderator.az xəbər verir ki, oyun meydan sahiblərinin üstünlüyü ilə keçib və bu, yekun nəticədə də öz əksini tapıb.
Katalon klubu qonaqları üç dəfə mərkəzə dəvət edib, öz qapısında isə yalnız bir top görüb - 3:1. Qalib komandadan Yamal (9), Torres (11) və Raşford (61) fərqləniblər. Qonaqların təsəlli qoluna isə Mir (42) imza atıb.
Hazırda "Barsa" 25 xalla turnir cədvəlində 2-cidir. Klub lider "Real Madrid"dən 5 xal geri qalır. "Elçe" isə 14 xalla 9-cu pillədə qərarlaşıb.