13:09
14°C
Bakı
İngiltərə Premyer Liqasında 10-cu turun görüşləri keçirilir.
Moderator.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Bornmut"u sınağa çəkib.
"Şəhərlilər" inamlı qələbə ilə azarkeşlərini sevindiriblər - 3:1.
Erlinq Holand 17-ci dəqiqədə ev sahibi komandanı irəli çıxarıb. Qonaqlardan Tayler Adams 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Holand dubla imza atıb. Niko O'Reyli isə 60-cı dəqiqədə "Siti"nin üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu oyundan sonra "Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 xalla ikinci, "Bornmut" isə 18 xalla dördüncü yerdədir.