Arda Güler
İdman
712
02 Nov 2025 | 17:35

Arda Güler "Fənərbağça"ya daha iki milyon avro qazandırdı

"Fənərbağça"dan "Real Madrid"ə transfer olunmuş Arda Güler keçmiş klubuna iki milyon avro qazandırıb.

Moderator.az bu barədə Goal.com-a istinadən xəbər verir.

Bildirilir ki, Güler İspaniya La Liqasının 11-ci həftəsi çərçivəsində "Valensiya"ya qarşı ev oyununda "Real Madrid"in heyətində 75-ci matçına çıxıb. Bu amil İstanbul təmsilçisinin pul şəklində əlavə bonus qazanmasına səbəb olub.

Məsələ burasındadır ki, "Fənərbağça" 2023-cü ildə Güleri "Real Madrid"ə satanda transfer müqaviləsində hər 25 matç üçün 2 milyon avro bonus bəndi daxil edilmişdi.

"Fənərbağça" onun 25-ci və 50-ci matçlarından sonra 4 milyon avro bonus qazanıb və 75-ci matçından sonra da eyni məbləği almaq hüququ əldə edib.

"Fənərbağça" 100-cü və 125-ci matçlardan sonra da 2 milyon avro alacaq və bonusun ödənişi 125-ci matçdan sonra başa çatacaq.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər