21:58
14°C
Bakı
2025-ci il oktyabrın 31-dək beynəlxalq turnirlərdə indiyədək ən çox qol vuran futbolçu Erlinq Holanddır.
Moderator.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir.
Bildirilir ki, Holand cari ildə beynəlxalq oyunlarda 23 qol vurub. O, 10 dəfə "Mançester Siti"nin, 13 dəfə isə Norveç yığmasının heyətində rəqib qapılarından top keçirib.
İkinci sırada "Bavariya" klubunun və İngiltərə yığmasının hücumçusu Harri Keyn qərarlaşıb. Onun hesabında 21 qol (14 dəfə klub, 7 dəfə yığma ilə) var.
İlk üçlüyü isə "Real Madrid" klubunun və Fransa millisinin forvardı Kilian Mbappe tamamlayır. Onun cari ildə vurduğu 16 qoldan 11-i klub, 5-i isə yığma səviyyəsində olub.