21:56
14°C
Bakı
İspaniyanın "Barselona" klubu İngiltərə millisinin futbolçusu Harri Keynin transferini yekunlaşdıra bilər.
Moderator.az "Sport.es"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Bavariya"da çıxış edən 32 yaşlı hücumçunun müqaviləsindəki 65 milyon avroluq sərbəstqalma bəndi 2026-cı ilin yayında qüvvəyə minəcək.
Kataloniya təmsilçisi 37 yaşlı Robert Levandovskinin yerinə başqa oyunçu axtarışındadır.
Səudiyyə Ərəbistanı klubları da Harri Keynlə maraqlanır.