22:43
16°C
Bakı
“Barselona” “Arsenal”ın kapitanı və yarımmüdafiəçisi Martin Edegoru transfer siyahısına daxil edib.
Kataloniya klubu hesab edir ki, 26 yaşlı futbolçu karyerasında ciddi dəyişikliklərə hazırdır. Bildirilir ki, blauqrana iyun ayında öz addımını atacaq.
Edegor 2021-ci ilin yayından “topçular”ın heyətində çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 205 oyunda iştirak edib, 41 qol vurub və 40 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.