Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasının X turunda "Zirə" "Karvan-Yevlax"a qalib gəlib.
Moderator.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.
Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. "Qartallar"ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.
"Zirə" 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. "Karvan-Yevlax" isə 5 xalla onbirincidir.
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.