Səudiyyə Ərəbistanından İngiltərənin "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salah üçün böyük təklif gəlib.
Moderator.az xəbər verir ki, britaniyalı jurnalist Qrem Beyli Səudiyyə hakimiyyətinin Salaha 170+50 milyon avroluq müqavilə təklif etdiyini açıqlayıb.
Məlumata görə, təklifin əsas şərtləri aşağıdakılardır:
- İstənilən kluba transfer hüququ;
- İllik maaş 170 milyon avro + bonuslar;
- Turizm səfiri kimi xidmət (illik gəliri 50 milyon avrodan çox);
- Oynaycağı klubda pay almaq hüququ;
- Transferlərdə və baş məşqçi seçimində söz sahibi olmaq hüququ;
- Arzuladığı evlə və nəqliyyat vasitələri ilə təmin edilmək.
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"dakı builki performansı diqqətəlayiqdir. 33 yaşlı ulduz cari mövsüm klubda 13 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.