Azərbaycan cüdoçusu Avropa çempionu olub
İdman
440
31 Oct 2025 | 20:00

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Moderator.az xəbər verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.

Link kopyalandı!
Son xəbərlər