İdman
544
31 Oct 2025 | 18:15

"Atletiko Madrid" Arda Turana təklif göndərdi

Ukraynanın "Şaxtyor Donetsk" klubunun türkiyəli baş məşqçisi Arda Turan bir vaxtlar futbolçu kimi şərəfini qoruduğu "Atletiko Madrid"dən təklif alıb.

Moderator.az "Goal Gossip" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Dieqo Simeone sabiq futbolçusunu məşqçilər heyətində yer almağa dəvət edib.

Məlumata görə, Arda Turan argentinalı mütəxəssisin təklifinə dərin hörmətlə yanaşdığını bildirərək, Donetskdə karyerasına davam edəcəyini bildirib.

Onun bütün diqqətini "Şaxtyor"a yönəltdiyi, Ukrayna klubunda böyük hədəflərinin olduğunu söylədiyi vurğulanır.

Link kopyalandı!
Son xəbərlər