07:59
16°C
Bakı
"Barselona" klubu uzun fasilədən sonra məşhur "Kamp Nou" stadionuna qayıdır.
Moderator.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi məlumat yayıb.
Məlumata görə, noyabrın 7-də "Barsa"nın həmin stadionunda açıq məşqi olacaq. Klubun "Kamp Nou"dakı məşqini təxminən 23 min tamaşaçının izləyəcəyi bildirilir.
Xatırladaq ki, "Barselona" sonuncu dəfə 2022/23 mövsümündə məşhur arenada çıxış edib və bundan sonra stadion təmirə bağlanıb. Təmirdən sonra "Kamp Nou" 105 min tamaşaçı tutumu ilə ölkənin ən böyük stadionuna çevriləcək.