İdman
440
31 Oct 2025 | 17:20

"Barselona" "Kamp Nou"ya qayıdır: Stadion 105 min azarkeş tutumuna malik olacaq

"Barselona" klubu uzun fasilədən sonra məşhur "Kamp Nou" stadionuna qayıdır.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi məlumat yayıb.

Məlumata görə, noyabrın 7-də "Barsa"nın həmin stadionunda açıq məşqi olacaq. Klubun "Kamp Nou"dakı məşqini təxminən 23 min tamaşaçının izləyəcəyi bildirilir.

Xatırladaq ki, "Barselona" sonuncu dəfə 2022/23 mövsümündə məşhur arenada çıxış edib və bundan sonra stadion təmirə bağlanıb. Təmirdən sonra "Kamp Nou" 105 min tamaşaçı tutumu ilə ölkənin ən böyük stadionuna çevriləcək.

Link kopyalandı!
Son xəbərlər